Azərbaycan tarixində qadınların rolu.
Azərbaycan tarixində qadınlar cəmiyyətin inkişafında, milli dəyərlərin qorunmasında və dövlətçilik ənənələrini möhkəmlənməsində mühüm rol oynamışlar. Tarixin ən qədim dövrlərindən etibarən Azərbaycan qadınları cəmiyyət həyatında fəallıq göstərmiş, öz müdrikliyi, cəsarəti və fədakarlığı ilə yadda qalmışlar. Qədim və orta əsr mənbələrində Azərbaycan torpaqlarında yaşamış bir çox görkəmli qadınların adı çəkilir. Onlardan biri Azərbaycan tarixində və poeziyasında mühüm yer tutan Məhsəti Gəncəvidir. O, yalnız şairə kimi deyil, həm də dövrünün elm və mədəniyyət mühitində fəal iştirak edən ziyalı qadın kimi tanınmışdır. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfə vermişdir. Tarixdə xüsusi yer tutan qadınlardan biri də Sara Xatun olmuşdur. O, diplomatik bacarığı və uzaqgörənliyi ilə tanınmış, dövrünün mühüm siyasi məsələlərinin həllində mühüm rol oynamışdır. Onun fəaliyyəti Azərbaycanın tarixində qadınların dövlət və ictimai həyatdakı rolunun əhəmiyyətini göstərən nümunələrdən biri hesab olunur.
Azərbaycanın mədəni və ictimai həyatında iz qoymuş qadınlardan biri də Xurşidbanu Natəvan olmuşdur. O, tanınmış şairə və xeyriyyəçi kimi xalqın yaddaşında qalmışdır. Natəvan yalnız ədəbiyyat sahəsində deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə cəmiyyətə böyük fayda vermişdir. Azərbaycan tarixində qadınların rolu təkcə keçmiş dövrlərlə məhdudlaşmır. Müasir dövrdə də Azərbaycan qadınları elm, təhsil, mədəniyyət və digər sahələrdə uğurla fəaliyyət göstərir, ölkənin inkişafına töhfə verirlər. Onların fəaliyyəti cəmiyyətin inkişafında və milli dəyərlərin qorunmasında mühüm əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan tarixində qadınlar həm mənəvi dəyərlərin qorunmasında, həm də ictimai həyatın inkişafında böyük rol oynamışlar. Tarixdə yadda qalan Azərbaycan qadınlarının fəaliyyəti bu gün də gənc nəsil üçün nümunə hesab olunur və cəmiyyətin inkişafında qadınların rolunun nə qədər əhəmiyyətli olduğunu göstərir.
Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-ın metodisti























