image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-637404698_1460856118727495_8514746367029540924_n

Azərbaycan–Serbiya münasibətlərinin strateji mahiyyəti və siyasi əhəmiyyəti

image-legitimaz-810x90

Azərbaycan–Serbiya münasibətlərinin strateji mahiyyəti və siyasi əhəmiyyəti

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin davamlı və dayanıqlı şəkildə inkişafı siyasi iradə, qarşılıqlı etimad və strateji baxış tələb edir. Son onilliklər ərzində dünya dövlətləri arasında iqtisadi münasibətlər siyasi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmiş, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq modelləri formalaşmışdır. Bu baxımdan rəsmi səfərlər xüsusi əhəmiyyət kəsb edir. Belə səfərlər yalnız protokol xarakteri daşımır, eyni zamanda əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirən, əlaqələri məzmun baxımından zənginləşdirən mühüm siyasi platforma rolunu oynayır.

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında münasibətlər də məhz qarşılıqlı hörmət, etimad və suverenliyə dəstək prinsipləri üzərində qurulmuşdur. Hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü və dövlət suverenliyini daim dəstəkləmişdir. Bu siyasi həmrəylik münasibətlərin strateji səviyyəyə yüksəlməsində əsas amillərdən biri olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 15-də Serbiyaya rəsmi səfəri münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir. Dövlət başçımız çıxışında Serbiyanın keçdiyi inkişaf yolunu yüksək qiymətləndirərək, bu ölkənin beynəlxalq müstəvidə artan nüfuzunu xüsusi vurğuladı. Serbiya xalqının tarix boyu öz dövlət suverenliyini qoruması, möhkəmləndirməsi və milli maraqlarını qətiyyətlə müdafiə etməsi Azərbaycan tərəfindən böyük hörmətlə qarşılanır.

Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclası münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu platforma çərçivəsində siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində konkret planlar müəyyənləşdirilmişdir. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi iki ölkə arasında siyasi həmrəyliyin davamlı xarakter daşıdığını göstərir.

Prezident İlham Əliyevin Serbiyaya səfəri təkcə cari münasibətlərin müzakirəsi ilə məhdudlaşmamış, həm də gələcək əməkdaşlığın strateji yol xəritəsini müəyyənləşdirmişdir. Bu səfər ikitərəfli münasibətlərin məzmun baxımından daha da zənginləşəcəyinin və uzunmüddətli perspektivdə davamlı inkişaf edəcəyinin aydın göstəricisidir.

Vüqar Rəhimov – Zərdab şəhər sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki