image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-s3-1536x864

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ən ali dəyər kimi qəbul edir

image-legitimaz-810x90

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ən ali dəyər kimi qəbul edir

Azərbaycan xalqının tarixində mühüm və qürurverici hadisələrdən biri 1995-ci il noyabrın 12-də baş vermişdir. Həmin gün ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Bu tarixi sənəd Azərbaycanın hüquqi dövlət kimi inkişafının, demokratik prinsiplər üzərində qurulmuş idarəetmə sisteminin əsasını qoydu.

Konstitusiya hər bir dövlətin siyasi, hüquqi və mənəvi dayağı, onun müstəqilliyinin təminatçısıdır. Azərbaycan Respublikasının Konstitusiyası da məhz bu missiyanı daşıyır – o, xalqın azad iradəsini, dövlətin suverenliyini və vətəndaşların hüquqlarını təmin edən ali qanundur.

Bu möhtəşəm sənədin hazırlanması və qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, dövlətçilik təfəkkürü və xalqına olan dərin sevgisi nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası qısa müddət ərzində yüksək səviyyəli, demokratik prinsiplərə əsaslanan bir sənəd hazırladı. Məhz bu sənəd müasir Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil etdi.

Ulu Öndər Heydər Əliyev Konstitusiyanın əhəmiyyətini belə dəyərləndirmişdi: “Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır. Bu sənəd müstəqil Azərbaycanın gələcəyinə yol açan başlıca hüquqi əsasdır.”

1995-ci ildə qəbul edilmiş Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Sənəddə dövlət hakimiyyətinin bölünməsi prinsipi – qanunverici, icraedici və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsü aydın şəkildə təsbit olunmuşdur. Bu, ölkədə demokratik idarəetmə sisteminin formalaşmasına və hüquqi sabitliyin təmininə xidmət etmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ən ali dəyər kimi qəbul edir. Burada dövlətin ali məqsədi – vətəndaşların rifahını, azadlığını və təhlükəsizliyini təmin etmək kimi müəyyənləşdirilmişdir.

1996-cı ildən etibarən 12 noyabr tarixi Azərbaycan Respublikasının Konstitusiya Günü kimi rəsmi dövlət bayramı elan edilmişdir. Bu gün hər il ölkənin bütün bölgələrində, təhsil müəssisələrində və dövlət orqanlarında Konstitusiyanın əhəmiyyəti və Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü misilsiz işlər yüksək ehtiramla yad edilir.

Bu gün müasir Azərbaycan dövləti Ulu Öndərin müəyyən etdiyi inkişaf yolunu uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi islahatlar, insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılır.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki