image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1731582917_media-media-kitab-8ltsoq0jr4hbai5w63pm-1-3ucefgpzry6jxa0hv7s2

Azərbaycan Respublikasının Konstitusiyası

image-legitimaz-810x90

Azərbaycan Respublikasının Konstitusiyası

Müstəqil Azərbaycanın Konstitusiyası 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunub. Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.  1995-ci ildə qəbul olunmuş Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikamızın tarixində dördüncü Konstitusiyasıdır.1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycanda Konstitusiya quruluşunun tarixi keçmiş SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, keçmiş SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci il aprelin 21-də qəbul edilmiş növbəti Əsas Qanun da əvvəlki konstitusiyalar kimi, keçmiş ittifaq Konstitusiyasına uyğunlaşdırılmışdı.            Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdı və verdiyi müdrik qərarlarla qısa müddətdə respublikamızda sabitliyi bərqərar etdi, ölkənin potensialını inkişafa istiqamətləndirdi. Uzun illərin dövlət idarəçiliyi təcrübəsinə malik olan Heydər Əliyev yaxşı başa düşürdü ki, keçmiş sovet respublikasının Əsas Qanunu ilə müstəqil Azərbaycanın yeni reallıqlarını uzlaşdırmaq və inkişafı təmin etmək əsla mümkün deyil. Beləliklə, Onun təşəbbüsü ilə müstəqil respublikamızın ilk Konstitusiyasının layihəsinin hazırlanmasına başlanıldı. 1995-ci ilin may ayında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi Milli Məclis tərəfindən təsdiqləndi. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya Konstitusiya layihəsinin hazırlandığı dövrdə bir neçə dəfə açıq müzakirələr keçirib. Müzakirələrdə Ulu Öndər müddəaların hər birinə şəxsən diqqət yetirib, mövqeyini bildirib və təkliflərini verib. Nəticədə, mükəmməl bir qanun layihəsi ərsəyə gəlib.Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla hazırlanan Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Sənəd ölkəmizin hərtərəfli inkişafı üçün geniş hüquqi əsaslar yaradır. Burada demokratik cəmiyyət quruculuğu əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Belə ki, Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin, siyasi fəaliyyət azadlığının təmin olunmasını özündə ehtiva edən çoxsaylı müddəalar yer alıb.

Zamanın iti axarında qarşıya yeni çağırışlar çıxır. Ölkəmizdə də sonrakı mərhələdə yeni inkişaf səviyyəsinə uyğun olaraq bir neçə dəfə Konstitusiya islahatları həyata keçirilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Bu dəfə  Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik olunub. Növbəti referendum ölkəmizdə idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım idi.

Şəhla Eminova – Zərdab şəhər sakini, 1 saylı məktəb liseyn direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki