Bu gün 28 iyun Dövlətinə, Millətinə və Ali Baş Komandana şərəflə xidmət edən hərbi və siyasi xadim, Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun doğum günüdür.
Hörmətli cənab nazir!
Zərdab rayon sakini olaraq və ələxsus da “Xeberaz.info” saytının rəhbəri olaraq Sizi doğum gününüz və qarşıdan gələn Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə sizi səmimi qəlbdən təbrik edir, Uca Allahdan həyatın ən gözəl neməti olan can sağlığı, firavan və xoşbəxt həyat, ailə səadəti, çətin və şərəfli peşəsində Azərbaycan Dövlətçiliyi naminə uğurlar arzulayıram.
“Yarandığı gündən şərəfli yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət edib, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. Bu gün Prezident İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur”.
Peşə fəaliyyətimlə əlaqədar olaraq yaşadığım Zərdab rayonunda və onun kəndlərində tez-tez əhali arasında, müxtəlif mövzularda söhbətlər aparır, sorğular keçirirəm. O cümlədən, respondentlərimin hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə nə düşündüklərini də soruşuram. Gördüklərim, eşitdiklərim mənim aşağıdakı nəticələri çıxarmağıma əsas verib:
Bu gün Zərdab rayon sakinləri inanır ki, onun hüquq və azadlıqlarının, təhlükəsizliyinin, sağlamlığının, mülkiyyətinin keşiyində dövlət orqanları dayanır. Zərdab rayon polis şöbəsinin rəisi polkovnik-leytenant Ramil Salayev başda olmaqla rayon polis şöbəsinin əməkdaşları Zərdab rayonunda ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir.Zərdab rayonunda qələm sahibləri hətta polis haqqında şeirlər yazmışlar:
Zərdab polisi
Hər kəsin qoruyar haqqın,hüququn,
Fədakar əməklə Zərdab polisi
Ad qoyub hər yerdə peşəyə vurğun,
Etdiyi koməklə Zərdab polisi.
Qazanıb millətin etibarını,
Gəzdirir dövlətin gerb, bayrağını,
Canıyla qoruyar qayda,qanunu
“Dur! Dayan!” deməklə Zərdab polisi.
Peşəsi ciddidir nüfuz qazanar,
Xidməti ilboyu artar, uzanar,
Nəfəs aldırmadı qanun pozana
Haqqından gəlməklə Zərdab polisi.
Vətəndaş buna da əmindir ki, onun müraciəti – şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir. Təcrübə də göstərir ki, şəffaflıq, insan hüquqlarının qorunması, qanunçuluğun gücləndirilməsi polis-cəmiyyət əlaqələrini daha da möhkəmləndirir. Odur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılması, onların hüquqlarının qorunması daxili işlər orqanlarının əsas iş prinsiplərindən biridir.
DİN-in bütün strukturlarının üzərinə mühüm vəzifələr qoyulmuşdur. Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu işində nizam-intizama, qanunçuluğa riayət olunması diqqət mərkəzindədir. Şəxsi heyəti tərəfindən “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”-nə və “Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Təlimatın tələblərinə ciddiliklə əməl olunur. Bütün bunların nəticəsidir ki, xidməti fəaliyyətin göstəriciləri və nəticələri davamlı yaxşılaşır. Bu sahədə sistemli şəkildə təşkilati-əməli iş həyata keçirilməklə müasir və təkmil yeniliklər də tətbiq edilir.
Şəxsi heyətin təlim-tərbiyəsi, xidməti və icra intizamının güclənməsi, əməkdaşların anda, davranış qaydalarına, etik normalara riayət etmələri sahəsində əldə olunan uğurların qorunub saxlanması, eləcə də mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılması diqqət mərkəzindədir. Vətəndaşların qəbulu işinin təşkili və aparılmasında qarşılama, dinləmə, ünsiyyət qurma və izah etmə bacarıqlarına malik əməkdaşların iştirakı məqsədəuyğun hesab edilir.
Sözsüz ki, qanunçuluğun təmini işində qazanılan uğurların arxasında çətin şəraitdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır.
Bu gün beynəlxalq ekspertlər tərəfindən ilk növbədə xüsusi vurğulanır ki, Azərbaycanda ictimai sabitlik dönməz xarakter daşıyır. Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlət maraqlarının etibarlı qorunması, ölkədəki əlverişli həyat şəraitini təmin edir. Bu, Azərbaycanda adi həyat normasına çevrilmişdir. Böyük qürur və iftixar hissi ilə söyləmək olar ki, günümüzün Azərbaycanı hər bir insanın təhlükəsiz yaşayacağı ölkəyə çevrilib. Çünki aramsız dəyişən təhdidlərdən əziyyət çəkən dünyanın indiki dönəmində Azərbaycan polisi kriminogen durumu fasiləsiz nəzarətdə saxlayır, ictimai asayişi layiqincə qoruyur. Bunun bariz göstəricilərindən biri də odur ki, asayişin etibarlı təmini, cinayətkarlıqla mübarizənin nəticələri baxımından Azərbaycan artıq uzun illərdir ki, nəinki MDB, həmçinin Şərqi Avropa məkanında ən təhlükəsiz və cinayətkarlıqla mübarizədə ən yüksək göstəriciləri olan ölkələrdən biridir. Bütün bu faktlar sübut edir ki, Azərbaycan sosial-iqtisadi inkişafla yanaşı, həm də cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində də bölgədə şəriksiz lider dövlətdir.
Hörmətli cənab nazir!
Azərbaycan polisinin günü-gündən artan nüfuzunun başında sizin əzmkar xidmətləriniz dayanır.
Buna görə Sizə şəxsim adına təşəkkür edirəm!
Sizi doğum gününüz münasibətilə və qarşıdan gələn Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
Bu şərəfli və məsuliyyətli işlərinizdə müvəffəqiyyətlər arzulayıram!
Hörmətlə Zərdab rayon sakini Vüqar Rəhimov.