image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_20260217_173944

Azərbaycan ilə Serbiya arasında səmimi əməkdaşlıq münasibətləri mövcuddur!

image-legitimaz-810x90

Azərbaycan ilə Serbiya arasında səmimi əməkdaşlıq münasibətləri mövcuddur!

Cənab Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə yeni strateji məqsədlərə çatmaq üçün potensial imkanların müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyeva Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etməsi mədəni-humanitar dostluğa dərin hörmətin ifadəsi hesab edilə bilər.Azərbaycan və Serbiya dövlət başçılarının keçirilən təkbətək görüşündə yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı ilə bağlı faydalı müzakirələr aparılıb, siyasi-iqtisadi və humanitar platformalarda ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını vəziyyəti müsbət dəyərləndirilib. Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir. Azərbaycan və Serbiya strateji tərəfdaşlıq əlaqələrinə malik ölkələrdir. 8 fevral 2013-cü ildə Bakıda “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 21 may 2018-ci ildə Bakıda “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” və 23 noyabr 2022-cü ildə Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanıb ki, bu da münasibətlərin yüksəksəviyyəli ruhunu əks etdirir və son 4 ildə əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.
Azərbaycan Serbiya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Tərəflər arasında qurulmuş fəal siyasi dialoq beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəkləməsi ilə xarakterizə olunub. Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilib. Bütün bu istiqamətlər göstərir ki, Azərbaycan və Serbiya münasibətləri yalnız bu günün deyil, gələcəyin maraqları üzərində qurulub. Açıq-aydın planlar, konkret layihələr və qarşılıqlı siyasi iradə iki ölkə arasında güclü strateji sinergiyanın formalaşmasına zəmin yaradır. Bu əməkdaşlıq modeli regional sabitliyə, enerji təhlükəsizliyinə və iqtisadi rifaha xidmət edən nümunəvi tərəfdaşlıq kimi dəyərləndirilə bilər. Ümumilikdə, hər iki ölkə qarşılıqlı əlaqələri daha da irəliyə aparmaq, strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək və birgə layihələrin icrasını təşviq etmək üçün iradəyə malikdir və bu dayanıqlı potensialdan istifadə etmək niyyətini gizlətmir. Bir sözlə, Prezident İlham Əliyev və Aleksandar Vuçiçin mətbuata bəyanatlarında səsləndirilən fikirlər də təsdiqləyir ki, imkanlar daha böyükdür və qarşıda daha yeni dövr başlayır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aqşin Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki