image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17478159591562113838_1200x630

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

image-legitimaz-810x90

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur.

Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dinamik şəkildə inkişafı iki ölkə arasında qarşılıqlı etimadın və hörmətin yüksək səviyyədə olduğunu sübut edir. Cənab Prezident Macarıstanı müstəqil siyasət aparan və beynəlxalq nüfuzu artmaqda olan ölkə kimi səciyyələndirərək, Baş nazir Orbanı əldə etdiyi uğurlar münasibətilə təbrik etdi. Şuşada təşkil olunmuş ilk qeyri-rəsmi Zirvə görüşünün davamı kimi Budapeştdə baş tutan ikinci belə tədbir Türk Dövlətləri Təşkilatının daxilində səmimi və açıq dialoqun, qarşılıqlı anlaşmanın dərinləşdiyini göstərir. Prezident cənab İlham Əliyev Qırğızıstanın Təşkilata uğurlu sədrliyi münasibətilə Prezident Sadır Japarovu təbrik edərək, bu ilin rəsmi Zirvə görüşünə Azərbaycanın ev sahibliyi edəcəyini bildirdi və liderləri ölkəmizə dəvət etdi. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan indiyədək təşkilat üzvü olan ölkələrə 20 milyard ABŞ dollarından artıq sərmayə yatırıb ki, bu da onun iqtisadi həmrəylik və ortaq inkişaf prinsipinə sadiqliyini əks etdirir. 2025-ci ildə Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması bu əməkdaşlığın daha da institusional və sistemli xarakter alacağını göstərir. Cənab Prezidentin çıxışında nəqliyyat və logistika sahəsində regional inteqrasiyanın önəmi xüsusi yer tutur. Azərbaycan son illər ərzində avtomobil yolları, dəmir yolu xətləri, gəmiqayırma zavodu və hava nəqliyyatı kimi sahələrə mühüm sərmayələr yatıraraq, tranzit ölkə olaraq mövqeyini gücləndirib. Ölkənin açıq dənizlərə çıxışı olmasa da, Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin 5 milyon tona çatdırılması və Orta Dəhlizin rəqəmsallaşdırılması layihələri Azərbaycanın regional nəqliyyat xəritəsində əsas qovşaqlardan birinə çevrildiyini təsdiqləyir. Xəzər dənizində 50-dən çox ticarət gəmisinə malik olan Azərbaycan türk dövlətləri üçün etibarlı tranzit xidmətləri göstərməkdədir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəminin inşası, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin artırılması və 9 beynəlxalq hava limanından 3-nün azad edilmiş ərazilərdə yerləşməsi Azərbaycanın həm texnoloji, həm də geosiyasi üstünlüklərini nümayiş etdirir. 1,5 milyon ton yük qəbuletmə qabiliyyətinə malik karqo terminalının inşası isə Azərbaycanın logistik potensialını daha da gücləndirəcək. 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilmiş COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı, həm təşkilati baxımdan, həm də qlobal siyasi nəticələri etibarilə müstəsna hadisə kimi yadda qaldı. Cəmi 11 ay kimi qısa bir hazırlıq müddətində Azərbaycan bu nüfuzlu tədbiri yüksək peşəkarlıqla təşkil etməklə dünya birliyinə həm təşkilati, həm də siyasi iradə nümayiş etdirdi. “Bakı sıçrayışı” ifadəsi, COP29-un həm simvolik, həm də mahiyyət baxımından dünya iqlim gündəmində yaratdığı ciddi dəyişikliyi ifadə edir. COP29-da dünyanın 197 ölkəsini təmsil edən 77 min iştirakçı qeydiyyatdan keçmiş, 70 dövlət və hökumət başçısı bu tədbirdə iştirak etmək üçün Bakıya təşrif buyurmuşdur. Bu, Azərbaycan üçün təkcə diplomatik deyil, həm də logistik və təşkilati baxımdan böyük uğur idi. Bakı qlobal liderlərin görüş yeri olaraq qlobal problemlərin həllində mühüm platformaya çevrildi. Azərbaycanın bu ölçüdə tədbiri mükəmməl şəkildə təşkil etməsi ölkənin artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.Azərbaycanın ev sahibliyi etdiyi COP29-un mühüm nəticələrindən biri də onun geosiyasi rolu ilə bağlıdır. Qlobal Cənub ölkələri ilə Qlobal Şimal arasında qarşılıqlı anlaşma və etimadın bərpasında  Azərbaycan vasitəçi və dialoq platforması funksiyasını uğurla yerinə yetirdi. Bu tarazlaşdırıcı rol Bakıda qəbul edilən qərarların məzmununda da öz əksini tapdı. Azərbaycan göstərdi ki, regionun inkişaf edən dövləti kimi o, iqlim ədalətinin təminatında mühüm tərəfdaş ola bilər.

İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki