image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1772522814_66b63eefab53f1a79e10aff538f49414

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır

image-legitimaz-810x90

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır.

 

Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik. Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, düşünürəm auditoriyanın bilməyi vacib olardı ki, biz bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik – 870 meqavat gücündə. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, bizim enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. Həmçinin bizim üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyası bu razılaşmanın bir hissəsidir. Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına malik olmaqla yanaşı, bu resursların beynəlxalq bazarlara təhlükəsiz və fasiləsiz çatdırılmasında etibarlı tranzit ölkə kimi çıxış edir. Ölkənin əlverişli coğrafi mövqeyi onu Xəzər hövzəsi ilə Avropa arasında strateji enerji körpüsünə çevirmişdir. Azərbaycan həm öz enerji ehtiyatlarını, həm də region ölkələrinin resurslarını dünya bazarına nəql etmək imkanına malikdir. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər neftini Aralıq dənizinə çıxararaq dünya bazarına çatdırır. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən TANAP və TAP layihələri isə Azərbaycan qazının Türkiyə və Avropa ölkələrinə nəqlini təmin edir. Beləliklə, Azərbaycan yalnız enerji ixrac edən dövlət deyil, eyni zamanda regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan strateji tranzit ölkədir.

 

Zərdab Şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi- Ləman Şıxalıyeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki