image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-176892096652852949

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrəneft və qaz ixrac edən yeganə ölkədir

image-legitimaz-810x90

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrəneft və qaz ixrac edən yeganə ölkədir.

Prezident Cənab İlham Əliyev yanvarın 19-da Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak üçün İsveçrə Konfederasiyasına səfərə gedib. Forum çərçivəsində Azərbaycan lideri bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib, “Euronews” televiziyasına müsahibə verib. Bütün görüş və çıxışlarda Azərbaycanın Avrasiya məkanı üçün mühüm əhəmiyyətinin vurğulanması bir daha sübut edir ki, Prezident cənab İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı bu dəfə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyır.  Davos forumu dünya siyasətinin, iqtisadiyyatının və qlobal qərarların formalaşdığı ən nüfuzlu platformalardan biri hesab olunur və burada iştirak Azərbaycanın strateji rolunun beynəlxalq səviyyədə qəbul edildiyini göstərir: Prezident İlham Əliyevin Davosa səfəri geosiyasi, geoiqtisadi və strateji baxımdan olduqca əhəmiyyətlidir. Çünki bu gün Azərbaycan regional və qlobal siyasətdə mühüm aktor kimi çıxış edir. Prezident cənab İlham Əliyev Davosdakı çıxışları və görüşləri ilə Azərbaycanın mövqeyini və maraqlarını birbaşa izah edir. Bununla da Cənubi Qafqazda formalaşmış yeni reallıqlar və Azərbaycanın regionda yaratdığı sabitlik modeli beynəlxalq ictimaiyyətə təqdim olunur, ölkəmizin bir daha müstəqil xarici siyasət yürüdən, heç bir güc mərkəzindən asılı olmayan dövlət kimi sülh, əməkdaşlıq və təhlükəsizlik təşəbbüsləri dünyaya çatdırılır. Prezident cənab İlham Əliyevin Davos səfəri Azərbaycanın beynəlxalq siyasi nüfuzunu daha da artırır və onun regional lider mövqeyini möhkəmləndirir, Davos forumu eyni zamanda qlobal iqtisadiyyatın müzakirə edildiyi platformadır və bu səbəbdən Prezident cənab İlham Əliyevin Davos səfərinin geoiqtisadi əhəmiyyəti də xüsusi diqqət çəkir. Azərbaycan rəhbərliyi ilə səhər yeməyi adlı tədbirdə və “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda səsləndirilən fikirlərdə, edilən etiraflarda bir daha Azərbaycan etibarlı enerji tərəfdaşı kimi təqdim olunub və Avropanın enerji təhlükəsizliyində rolu növbəti dəfə etiraf edilib. Şübhəsiz ki, bütün bunların fonunda Azərbaycanın Avrasiya məkanında etibarlı enerji təchizatçısı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşağı, xarici şirkətlər və investorlar üçün cəlbedici, həmçinin işğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi layihələr və investisiya imkanlarını beynəlxalq biznes dairələrinə çatdıran sabit ölkə olması faktlarının qlobal səviyyədə qəbul olunması Azərbaycanın qlobal iqtisadi sistemdə etibarlı və perspektivli tərəfdaş kimi mövqeyini gücləndirir. Davos forumu həm də dünya siyasətini və iqtisadiyyatını müəyyən edən ən nüfuzlu qərarverici mərkəzlərin təmsil olunduğu məkandır: “Burada aparılan danışıqlar Azərbaycanın strateji maraqlarını qorumaq və yeni tərəfdaşlıqlar qurmaq üçün mühüm imkanlar yaradır. Prezident İlham Əliyevin də bu platformada fəal iştirakı Azərbaycanın qlobal gündəmdə söz sahibi olduğunu göstərir.

Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki