Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrəneft və qaz ixrac edən yeganə ölkədir.
“Prezident İlham Əliyevin xarici televiziya kanallarına və nüfuzlu informasiya agentliklərinə verdiyi müsahibələr hər zaman həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Bu müsahibələr dövlət siyasətinin mahiyyətinin, Azərbaycanın milli maraqlarının və regional proseslərə baxışının qlobal auditoriyaya dolğun və dəqiq şəkildə çatdırılması baxımından mühüm rol oynayır. Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verilən son müsahibə də məhz bu xüsusiyyətləri ilə diqqəti cəlb edir”. Cənab prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı iştirakı ölkəmizin beynəlxaq aləmdə nüfuzunun artması ilə yanaşı, yeni əməkdaşlıq imkanlarının yaranmasına, iqtisadiyyatımızın inkişafına, yeni investisiyaların cəlb edilməsinə xidmət edir. Prezident İlham Əliyev hər il forum çərçivəsində həm müxtəlif ölkələrin, həm də iri şirkətlərin rəhbərləri ilə vacib görüşlər keçirir: “Bu baxımdan builki forum da istisna olmadı. Cənab Prezidentin Davos görüşləri hər il uğurla keçir, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur. Hər il forumu işıqlandıran nüfuzlu beynəlxalq informasiya vasitələrinin də Azərbaycana marağı artır, onlar ölkəmiz haqqında daha geniş məlumat almağa çalışırlar Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə bunu sübut edir.Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan dünyada nə baş verməsindən asılı olmayaraq öz milli maraqlarını beynəlxalq hüququn aliliyi ilə uzlaşdıran nadir dövlətlərdən biridir. Əlbəttə ki, bütün bu uğurların arxasında Prezident İlham Əliyevin səbir və dəqiqliklə yürütdüyü, hər bir addımı zərgər dəqiqliyi ilə hesablanmış müdrik xarici siyasət kursu dayanır. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam hüquqi çərçivədə bərpa edərək dünyaya həm hərbi, həm də diplomatik ədalət dərsi keçib. Ən önəmlisi isə Prezident İlham Əliyevin sülh quruculuğuna verdiyi misilsiz töhfələrə görə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi cənab prezident İlham Əliyevin mahir bir strateq və humanist lider olduğunun növbəti sübutudur”. Cənab prezident İlham Əliyevin bu mükafata layiq olmasını həm də Azərbaycanın otuz illik işğala son qoyaraq regiona gətirdiyi sabitliyin beynəlxalq etirafı kimi də dəyərləndirmək olar: “Belə bir nüfuzlu mükafatın məhz Qafqazda sülhün faktiki olaraq bərqərar olduğu bir vaxtda verilməsi rəsmi Bakının humanizm dəyərlərinə sadiqliyini təsdiqləyir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim edilməsi əslində onun liderlik xüsusiyyətinə olan diqqətin göstəricisidir: “Müzəffər Ali Baş Komandan Azərbaycan xalqına zəfəri yaşatmaqla yanaşı, dünya müharibə tarixində də və ondan sonrakı dövrdə sülh təşəbbüskarı kimi öz adını tarixə yazdırdı. Məhz ölkə başçısına verilən bu yüksək mükafat Azərbaycana dünyada olan böyük diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin atdığı addımlar dünya birliyi tərəfindən də böyük maraqla qarşılanır. Bir sözlə cənab prezident İlham Əliyevin növbəti dəfə nüfuzlu bir mükafata layiq görülməsi Azərbaycanın ötən dövr ərzində həyata keçirdiyi uğurlu siyasətin məntiqi sonluğu kimi də xarakterizə olunur”. Prezidentin müsahibəsində əsas diqqətçəkən məqamlardan biri də Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı uzun illərdir sərgilədiyi ədalətsiz mövqe və açıq ikili standartlarla bağlıdır: “Dövlətimizin başçısı haqlı olaraq vurğuladı ki, “artıq uzun illərdir biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq”. Bu qərar təsadüfi xarakter daşımır. Çünki Azərbaycanla bağlı obyektivlikdən uzaq, əsassız və siyasi sifariş xarakteri daşıyan qətnamələr, birtərəfli və qərəzli yanaşmalar həmin qurumlarla münasibətlərə ciddi zərbə vurub. Bununla yanaşı, Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir. Bu fakt bir daha sübut edir ki, rəsmi Bakı dialoqa açıqdır, lakin ədalətsizliyə, ikili standartlara və siyasi təzyiqlərə güzəştə getmək niyyətində deyil. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanın özünün belə Azərbaycanla münasibətlərin normallaşdırılmasını və əlaqələrin qurulmasını müsbət qiymətləndirdiyi bir vaxtda Avropa Parlamentinin ölkəmizi heç vaxt etmədiyi addımlarda, o cümlədən “təcavüzkar mövqedə” ittiham etməsi açıq-aşkar absurddur. Bu cür yanaşma Avropa Parlamentinin özünü gülünc və dərin ziddiyyətli vəziyyətə salmasından başqa bir məna daşımır. Reallıq ondan ibarətdir ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda davamlı sülh və sabitliyə doğru atılmış mühüm addımdır. Bu fakt Azərbaycanın sülhə sadiqliyini, konstruktiv və məsuliyyətli mövqe nümayiş etdirdiyini bir daha təsdiqləyir. Belə bir şəraitdə Avropa Parlamentinin qərəzli mövqeyi nə regionda baş verən real proseslərlə, nə də beynəlxalq hüququn fundamental prinsipləri ilə uzlaşır”.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova

























