image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir

image-legitimaz-810x90

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir

Prezident cənab İlham Əliyevin “Euronews”a verdiyi müsahibə bir neçə əsas mesajlarından biridə regionda formalaşmaqda olan yeni enerji və siyasi arxitekturanın mühüm təzahürüdür.  Azərbaycan dəyişən dünya düzənində öz yerini aydın şəkildə müəyyənləşdirib və milli maraqlarını beynəlxalq hüquqa hörmətlə uzlaşdıraraq müstəqil siyasət yürüdür. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan Avropa üçün etibarlı və mühüm tərəfdaşdır. Ölkənin enerji potensialı və infrastrukturu regional və qlobal əhəmiyyət kəsb edir. Azərbaycan qərəzli yanaşmaları qəbul etmir, lakin konstruktiv əməkdaşlığa açıqdır. Avropa Parlamenti ilə münasibətlərdə birmənalı mövqe ifadə edilsə də, Avropa Komissiyası ilə əməkdaşlıq davam edir. Regional sabitlik və təhlükəsizlik Azərbaycanın prioriteti olaraq qalır və ölkə bu istiqamətdə fəal siyasət həyata keçirir. O, cümlədən Ermənistanla sülh prosesi deklarativ xarakter daşımır, konkret addımlarla dəstəklənir və regional əməkdaşlığa çevrilir. Əbədi sülh məqsədi təkcə söz deyil, real fəaliyyətlə təmin edilir. Ümumiyyətlə, bu müsahibə Azərbaycanın müasir dünyada öz yerini möhkəmləndirən, konstruktiv beynəlxalq münasibətlər quran və regional sabitliyə töhfə verən müstəqil, güclü və etibarlı dövlət kimi mövqeyini bir daha təsdiqlədi. Prezident cənab İlham Əliyevin açıq, konkret və məntiqli açıqlamaları ölkənin beynəlxalq aləmdəki nüfuzunu gücləndirən və Azərbaycanın gələcək perspektivlərini əks etdirən mühüm siyasi bəyanat oldu. Davosdan səslənən bu mesajlar Azərbaycanın yalnız regional deyil, qlobal proseslərdə də mühüm rol oynamağa hazır olduğunu göstərir. Sülh, sabitlik və inkişaf üçüncülüyü üzərində qurulan bu strategiya gələcəkdə də ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək”.

Azərbaycanın enerji sektorunda rolu müsahibədə ətraflı şəkildə vurğulandı. Cənab Prezident qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik və onları ixrac edən yeganə ölkədir. Region ölkələri – uzun illərdir ki Gürcüstan, indi isə Ermənistan – enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa İttifaqı ilə enerji əməkdaşlığı isə xüsusilə əhəmiyyətlidir. Azərbaycan hazırda 16 ölkəyə təbii qaz tədarük edir ki, bunlardan 10-u Avropa İttifaqı üzvüdür. Cənab Prezident sözlərinə görə, boru kəməri qazının coğrafi əhatə dairəsinə görə Azərbaycan dünyada birinci yerdədir. “Bizim ehtiyatlarımız, nəqliyyat sistemimiz, müasir boru kəmərlərimiz var. Bir çox Avropa ölkələri ilə yaxşı münasibətlərimiz var və onlar üçün bu, enerji təhlükəsizliyini gücləndirmək yoludur. Bizim üçün isə bu, resurslarımızı premium bazarda satmaq imkanıdır” – bu açıqlama qarşılıqlı faydalı əməkdaşlığın mahiyyətini əks etdirir.

 

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki