image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-1-13tzqf9bvxje6a7nlo8y-620x460

Azərbaycan beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir

image-legitimaz-810x90

Azərbaycan beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amili nəzərə alsaq, Azərbaycanın dayanıqlı inkişaf modelinin nümunə olduğunu görərik: “Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Hər bir layihənin uğurlu sonluqla başa çatması Azərbaycanın bu rolunu daha da artırır. Hazırkı dövrün əsas çağırışının “yaşıl enerji”yə keçid olduğunu da önə çəksək, Azərbaycanın bu sahədə böyük potensiala və təcrübəyə malik olmasının əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığının şahidi olarıq. Prezident İlham Əliyevin Nyu Yorkda keçirdiyi görüşlər Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında mühüm rola malikdir”.

Bütün bu uğurlarımız, onların zirvəsində dayanan tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası  Azərbaycanın dünya birliyində söz sahibliyini, mövqeyini möhkəmləndirir, Prezident İlham Əliyevə etimadı daha da artırır.

BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan qurumun Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir: “Bununla da ölkəmiz BMT ilə qurduğu 33 illik güvənə verdiyi dəyəri açıq formada sübut etdi. Beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan  BMT ilə əlaqələrinin inkişafında uğurlu nəticələrə imza atıb. Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının 155 üzv dövlətinin səsini qazanaraq  təşkilatın Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilib. 2015-ci ildə  BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”ni qəbul edərək üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsi ölkəmizin qazandığı 33 illik etimadın daha bir nümunəsidir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail oldu”.

Azərbaycan beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir. Ölkəmiz BMT-nin nüfuzunun artırılmasının tərəfdarıdır. Bu mötəbər qurum son illər dünyada gedən təhlükəli meyillərin qarşısının alınmasında həlledici rol oynaya bilər. Bunun üçün təşkilatın özündə ciddi islahatların aparılması qaçılmazdır. Belə ki, dünyada yeni nizamlama prosesləri gedir, qlobal təlatümlər baş verir və bu təlatümlərin mənfi təsirləri  davam edir. BMT-nin məsələlərə operativ reaksiya verməsi, problemlərin həllində yaxından iştirakı böyük əhəmiyyət kəsb edir. Qlobal təhlükəsizliyi təmin etməli olan qurumun struktur və funksional cəhətdən daha da gücləndirilməsi artıq zərurətə çevrilib. Belə olarsa, sülh amili dünya siyasətində aparıcı faktora çevrilər, BMT-yə inam daha da artar, ölkələrin bu əhəmiyyətli beynəlxalq təşkilatla əlaqələri xeyli möhkəmlənər.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki