image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-aerial-skyline-of-baku-azerbaijan

Azərbaycan bərpaolunan enerji sahəsində böyük potensiala malikdir

image-legitimaz-810x90

Azərbaycan bərpaolunan enerji sahəsində böyük potensiala malikdir

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır: “Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu günbəgün artıran Azərbaycan tərəfdaşları ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etdi. Açıq dənizə çıxışı olmayan ölkə olmasına  baxmayaraq,  Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrildi. Ölkəmiz  infrastruktur layihələrinə çox böyük sərmayə yatırdı. Əməkdaşlığın coğrafiyası genişləndi. Regional çərçivədə başlanan əməkdaşlıq beynəlxalq miqyas alıb. Görülən işlərin zirvəsində dayanan Cənub Qaz Dəhlizi reallığa çevrildi. Bu gün onun əsas seqmentləri olan TANAP-ın və TAP-ın genişləndirilməsindən bəhs edilir. Azərbaycanın qarşısına qoyduğu hədəflərdən biri yeni körpülərin qurulmasıdır. Ölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi tanınır”.

O zaman səkkiz ölkəyə təbii qaz ixrac edirdik: “Bu gün isə həmin ölkələrin sayı 12-yə çatıb. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, hələ də son deyil. İxrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük. Enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və Azərbaycan hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirir. Çünki bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir”.

Azərbaycan bərpaolunan enerji sahəsində böyük potensiala malikdir. Bu sahədə də əməkdaşlığa xüsusi önəm verir. Dövlət başçısı İlham Əliyev yubiley tədbirinin açılış mərasimindəki çıxışında diqqəti Azərbaycanın yaşıl enerji gündəliyinə yönəltdi. Bildirdi ki, ötən il Bakı Enerji Həftəsi çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaq. Biz bu yol ilə irəliləyirik.

COP29 enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan ölkə kimi nüfuz qazanan Azərbaycanın tədbirə yüksək səviyyədə ev sahibliyi və uğurlu nəticələrin əldə olunması ilə tarixə yazıldı. Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulmasını qarşıya əsas hədəf kimi qoyan ölkəmiz buna nail oldu.

Son 21 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyası genişdir: “Enerji sektoru əməkdaşlıq əlaqələrinin qurulmasında əsas amillərdən biridir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması beynəlxalq səviyyədə təqdir edilir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki