image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-unnamed

Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır

image-legitimaz-810x90

Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır

Müzəffər Ordumuz, polad iradəli xalqımız və Ali Baş Komandanın vəhdəti ilə başlayan uzun, mübarizəli yol bizim Böyük Zəfərimizlə başa çatmışdır. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan böyük hərbi əməliyyatları ilə oktyabrın 4- də Cəbrayıl şəhəri erməni işğalından azad olundu.

Xudafərin körpüsündə bayrağımızın ucaldılması tariximizə qızıl hərflərlə yazılmış şanlı hadisələrdən biridir. Xudafərin körpüsü xalqımızın qədim irsinin və birliyinin təmsili kimi öz mədəni əhəmiyyətini həmişə qoruyub saxlamışdır. XI-XII əsrlərə aid edilən Xudafərin körpüsü tarixən coğrafi və strateji mövqeyi ilə seçilib. Bu körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Bu körpü Azərbaycanın bir çox dünya ölkələri ilə Yaxın və Orta Şərq ölkələri, Qərbi Avropa ölkələri və Rusiya ilə iqtisadi, mədəni əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb. Qədim İpək Yolu üzərində mühüm ticarət yolu kimi xidmət edən tarixi əsərdir. Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan Xudafərin körpüsü düşmən vəhşiliklərinə baxmayaraq bu gün də öz mövcudluğunu qorumaqdadır. Bu memarlıq möcüzəsi iki ayrı körpüdən ibarətdir.  Körpülər Azərbaycan və İran arasında təbii sərhədi təşkil edən Araz çayı üzərindən keçir. Əsrlər boyu bu çay və onu kəsən körpülər sivilizasiyalar arasında mədəni, iqtisadi və siyasi mübadilələrin mərkəz nöqtəsi olmuşdur. Onlar Azərbaycanın zəngin irsini təcəssüm etdirir, onun Şərqlə Qərbin kəsişmə nöqtəsi rolunu, eləcə də tarix boyu çoxsaylı işğallar və siyasi dəyişikliklər qarşısında dayanıqlığını simvollaşdırır.

Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. 2020-ci il noyabrın 16-da Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. Prezident cənab İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir. İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü.

Bu gün Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki