AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi
1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı, məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Vəzifəyə təyinetmə zamanı savad, təhsil, dünyagörüşü əsas götürülmürdü. Rəhbərlik bir qayda olaraq ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət və səriştə məsələlərinə önəm verən yox idi. Orduda da vəziyyət gündən-günə ağırlaşır, fərarilik halları getdikcə artırdı, silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmur, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafenin girovuna çevrilirdi.
XX əsrin sonlarında müstəqilliyin əldə edilməsinə baxmayaraq vəziyyət hələ də gərgin olaraq qalırdı.Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən daha ağırdır.XX əsrin sonlarında müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının da qarşısında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi vəzifələr dururdu. Təəssüf ki, XX əsrin sonlarında bu istiqamətdə heç bir iş aparılmadı.
Xüsusilə hakimiyyəti silah gücünə ələ keçirmiş şəxslər tərəfindən dövlət əmlakının amansızcasına talan edilməsi ölkəni acınacaqlı duruma salmışdı. Bütün bunlarla yanaşı, dövlət idarəetməsində heç bir təcrübəsi olmayan təsadüfi şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə ciddi təhdid yaratmışdı. Bir sözlə, ölkə təcrid olunmuş vəziyyətə gətirilmişdi.
Bu dövrdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət aydın, ardıcıl və prinsipial bir kursun olmaması idi. XX əsrdə xalqımızın gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcasına dağıdılır, milli sərvətlər talan edilirdi.
Xalqın xilaskarı olan Ümummilli lider Heydər Əliyevin Bakıya gəlməsi ilə qısa müddətdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ictimai-siyasi sabitlik və təhlükəsizlik, vətəndaş məmnunluğu və sosial ədalət təmin edildi, müasir, hüquqi və demokratik dövlət quruculuğu uğurla həyata keçirildi, dayanıqlı iqtisadi inkişafa, nizamlı ordu quruculuğuna nail olunub, xalq-iqtidar birliyi gücləndirildi.
Rəşad İsmayıllov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru