Avropa üzərində naməlum pilotsuz təyyarələrin artması Ukraynanın təxribatı ola bilər.
“Xeberaz.info” xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.
“Avropa şəhərlərini naməlum uçan pilotsuz təyyarələr epidemiyası bürüyür. PUA-lar hər yerdədir: hərbi bazaların yaxınlığında, hava limanlarında, tarlalarda və şəhərlərin üstündə. Onların kimə məxsus olduğu bəlli deyil”, – o, qeyd edib.