image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_20251024_193431

Avropa Sevdası və Unudulan Vətən Borcu

image-legitimaz-810x90

Avropa Sevdası və Unudulan Vətən Borcu

Son illərdə tibbi təhsil alan gənclər arasında Avropa, xüsusilə Almaniya həyatına meyl güclənib. Onların çoxu təhsilini bitirər-bitirməz vətəndə işləmək yerinə, xaricə getməyi həyat məqsədinə çevirir. Bu, bir tərəfdən “daha yaxşı gələcək arzusu” kimi görünsə də, digər tərəfdən narahatedici bir tendensiyadır. Çünki bu seçim çox vaxt vətənə məsuliyyətsizlik, asan həyata qaçış və milli dəyərlərə biganəliklə müşahidə olunur.

Gənclər Avropanı “ideal cəmiyyət” kimi qəbul edir, amma oradakı qayda-qanunların, intizamın və məsuliyyətin arxasında nələr dayandığını dərk etmirlər. Almaniyada həkim olmaq təkcə yüksək maaş deyil, həm də dəqiq iş qrafiki, sərt qanunlar və daim özünü yeniləmək məcburiyyətidir. Bizim gənclər isə çox vaxt bu tərəfini yox, sadəcə “rahat həyat” və “gözəl şərait” hissəsini görürlər.

Bu meyl həm də milli düşüncənin zəifləməsindən xəbər verir. İnsan öz xalqına, doğma torpağına xidmət etməyi arxa plana atıb, yad ölkələrdə kök salmağa can atırsa, bu, artıq fərdi seçim yox, mənəvi boşluqdur. Halbuki, hər bir savadlı gəncin borcu ilk növbədə öz xalqına, öz cəmiyyətinə faydalı olmaqdır.

Əlbəttə, heç kim xaricdə təcrübə qazanmağa, dünyagörüşünü genişləndirməyə qarşı deyil. Amma problem ondadır ki, gənclərin çoxu geri dönmək niyyətində olmur. Onlar Avropa həyat tərzini milli kimlikdən üstün tutur, “mən orada daha dəyərliyəm” düşüncəsi ilə yaşamağa başlayırlar.

Əgər bu düşüncə dəyişməzsə, gələcəkdə ölkədə həm tibbi, həm də mənəvi boşluq yaranması qaçılmaz ola bilər, çünki dəyərli olmaq üçün mütləq Avropaya getməyə ehtiyac yoxdur – doğma yerdə çalışmaq, buradakı çətinliklərə baxmayaraq mübarizə aparmaq da böyük dəyər və cəsarət tələb edir.

Elyar Bağırov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki