image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-cixis

Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir

image-legitimaz-810x90

Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir

Prezident cənab İlham Əliyevin “Euronews”a verdiyi müsahibənin diqqətəlayiq məqamlarından biri də Avropa Parlamentinin Azərbaycana qarşı davamlı tənqidlərinə münasibətlə bağlı oldu. Jurnalistin bu barədə sualı verərkən istifadə etdiyi “daimi tənqid” ifadəsinə Cənab Prezidentin cavabı qısa və birmənalı oldu: “Biz artıq reaksiya vermirik”. Dövlət başçısı izah etdi ki, Azərbaycan keçmişdə reaksiya versə də, indi bu qərəzli münasibətin xüsusi lobbi qrupları və Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən qüvvələr tərəfindən yaradıldığı o qədər aydındır ki, reaksiya göstərməyə ehtiyac yoxdur. “Əslində biz bir neçə ildir ki, Avropa Parlamenti və həmçinin Avropa Şurası Parlament Assambleyası ilə hər hansı əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bizim üçün bu, kifayətdir” – bu praqmatik yanaşma Azərbaycanın selektiv əməkdaşlıq strategiyasını əks etdirir. Cənab Prezident Əliyev bildirdi ki, Avropa Parlamenti Azərbaycana heç vaxt etmədiyi işlərdə, o cümlədən Ermənistana qarşı guya aqressiv mövqe tutmaqda ittiham edərkən özünü çox yöndəmsiz vəziyyətə salır. Halbuki Ermənistanın özü Azərbaycanla münasibətləri yüksək qiymətləndirir.

“Ümid edirəm ki, Avropa Parlamenti üzvləri Azərbaycana qarşı ədalətsiz siyasətlərini yenidən nəzərdən keçirmək üçün cəsarət tapacaqlar” – bu ifadə konstruktiv dialoqa açıqlığı saxlamaqla yanaşı, mövcud yanaşımın düzgün olmadığını birmənalı şəkildə bildirir. Prezident cənab İlham Əliyev regional sabitliyin Azərbaycan üçün əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, hər bir ölkə, o cümlədən Azərbaycan, öz sərhədlərində və onlardan kənarda sabitlik barədə düşünməlidir. Azərbaycan üçün bütün potensial risklər xaricdən gələ bilər, çünki ölkə daxilində belə risklər yoxdur. İranla bağlı vəziyyətə toxunan cənab Prezident, bu qonşu ölkədə müəyyən qeyri-sabitlik əlamətlərindən narahat olduqlarını bildirdi. “Bizim üçün sabitlik, proqnozlaşdırıla bilənlik və regionda sülh ən böyük sərvətdir. Biz işğaldan, müharibədən, minlərlə qurban verməkdən əziyyət çəkmişik. Bu gün hər bir ölkə üçün sabitlik və təhlükəsizlik uğur qazanmağın yeganə yoludur” – bu sözlər Azərbaycanın tarixindən çıxardığı dərsləri və gələcəyə yanaşımını əks etdirir. Davos kimi nüfuzlu beynəlxalq platformada çıxış etmək və məsələlərin açıq şəkildə müzakirə edilməsi Azərbaycanın dünya siyasətində və iqtisadiyyatında artan rolunu təsdiqləyir. Cənab Prezidentin müsahibəsi ölkənin daxili və xarici siyasətdə qazandığı uğurların, regional liderliyinin və beynəlxalq əməkdaşlığa açıqlığının kompleks təqdimatı oldu.

 

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki