image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1767904382-prez11

Avropa institutlarının ikili standartları və Azərbaycanın prinsipial mövqeyi

image-legitimaz-810x90

Avropa institutlarının ikili standartları və Azərbaycanın prinsipial mövqeyi

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda verdiyi müsahibədə diqqətçəkən əsas məqamlardan biri də Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyasının uzun illərdir Azərbaycana qarşı sərgilədiyi ədalətsiz və qərəzli mövqeyə dair səsləndirilən açıq və əsaslandırılmış fikirlərdir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan artıq uzun illərdir bu qurumlarla istənilən əməkdaşlığı dayandırmışdır və bu qərar tamamilə məntiqli və siyasi baxımdan əsaslandırılmışdır.

Çünki sözügedən institutlar tərəfindən Azərbaycanla bağlı qəbul edilən qətnamələr obyektivlikdən uzaq, siyasi sifariş xarakteri daşıyan və açıq ikili standartlara əsaslanan sənədlər olmuşdur. Birtərəfli və qərəzli yanaşmalar təbii olaraq bu qurumlarla münasibətlərə ciddi zərbə vurmuşdur. Prezident İlham Əliyevin bu məsələyə münasibəti Azərbaycanın beynəlxalq münasibətlərdə öz ləyaqətini və prinsipial mövqeyini qoruduğunu bir daha nümayiş etdirir.

Eyni zamanda dövlətimizin başçısı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir. Bu fakt onu göstərir ki, rəsmi Bakı dialoqa və qarşılıqlı əməkdaşlığa açıqdır, lakin ədalətsizliyə, siyasi təzyiqlərə və ikili standartlara güzəştə getmək niyyətində deyil. Azərbaycan üçün əsas meyar qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə sadiqlikdir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanın özünün belə Azərbaycanla münasibətlərin normallaşdırılmasını müsbət qiymətləndirdiyi bir dövrdə Avropa Parlamentinin ölkəmizi “təcavüzkar mövqedə” ittiham etməsi tamamilə absurddur. Belə yanaşmalar Avropa Parlamentinin regionda baş verən real proseslərdən nə qədər uzaq düşdüyünü və dərin ziddiyyətli mövqe tutduğunu göstərir.

Reallıq ondan ibarətdir ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda davamlı sülh və sabitliyə doğru atılmış mühüm addımdır. Bu fakt Azərbaycanın sülhə sadiqliyini, konstruktiv və məsuliyyətli mövqe nümayiş etdirdiyini bir daha təsdiqləyir. Belə bir şəraitdə Avropa Parlamentinin qərəzli mövqeyi nə regionda gedən proseslərlə, nə də beynəlxalq hüququn fundamental prinsipləri ilə uzlaşır.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki