image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-169b8ef6-ebd5-4352-a2ab-eed06a41f99f

“ASAN xidmət” növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır

image-legitimaz-810x90

“ASAN xidmət” növbəti rəqəmsal oyun düşərgəsini reallaşdırır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “DIGIAGE – Bakı 2025” rəqəmsal oyun düşərgəsi keçiriləcək.

Məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Eləcə də onların dünya bazarına çıxmaq istiqamətində təcrübə əldə etmələrinə və yeni təşəbbüslərinə dəstək əsas hədəflərdir.

20 minə yaxın gəncin iştirakı ilə dünyada onuncu, ölkəmizdə isə üçüncü dəfədir təşkil olunacaq “DIGIAGE” düşərgəsi vasitəsilə oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstəriləcək və investisiya əsasında ekosistemi böyütmək imkanı təmin ediləcək.

Artıq 3-cü dəfədir keçirilən düşərgəyə 2023–2024-cü illərdə ümumilikdə 442 nəfər müraciət edib, onlardan 192 nəfər seçilərək iştirakçı olub.

“DIGIAGE – Bakı 2025” düşərgəsində iştirak etmək istəyən şəxslər 24 oktyabr 2025-ci ilə tarixinədək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/aVtVRL7Ah966Yrm18


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki