image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1761805748-whatsapp-image-2025-03-07-at-123320-1

AQTA sədri Zərdabda vətəndaşları qəbul edəcək

image-legitimaz-810x90

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 21-i saat 10:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax  şəhərləri və Zərdab, Ucar, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

“Xeberaz.info” xəbər verir ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 20-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki