image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-64190531

Ana dilinin inkişafında süni maneələr

image-legitimaz-810x90

Ana dilinin inkişafında süni maneələr

Azərbaycan dili günü, Azərbaycan xalqının milli dilinə olan sevgisini və hörmətini ifadə edən xüsusi bir bayramdır və milli dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayan bir gündür. Azərbaycan dili milli kimliyimizin ayrılmaz hissəsidir. Bu gün, dilimizin zənginliyini, tarixini və mədəniyyətini vurğulayır. Azərbaycan dili günü, dilimizin inkişafına və onun istifadəsinin təşviqinə diqqət çəkir. Dilimizin saflığını qorumaq və onu gələcək nəsillərə ötürmək üçün müxtəlif tədbirlər və layihələr həyata keçirilir.
Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır.
Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü milli kimliyimizə, tarixən formalaşmış sarsılmaz ənənələrimizə olan bağların ifadəsi baxımından olduqca önəmlidir: “Ulu Öndərimiz Heydər Əliyev də vurğulayırdı ki, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin”.
Sözsüz ki, tarixin ayrı-ayrı dövrlərində ana dilinin inkişafına süni maneələr yaradılıb. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gəlmişdi. Keçmiş SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənmişdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz qalmışdılar. Amma bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olub.

Zülfiyyə Əhmədova- Zərdab rayon 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki