image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-1499152925_6-nfh8je4ar2tb0576sxly

Amnistiya təşəbbüsü: humanizmin dövlət siyasətinə çevrilməsi

image-legitimaz-810x90

Amnistiya təşəbbüsü: humanizmin dövlət siyasətinə çevrilməsi

Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi sistemin humanist prinsiplər üzərində inkişafı və cəmiyyət–dövlət münasibətlərinin sağlam əsaslar üzərində qurulması Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən siyasətin başlıca istiqamətlərindəndir. Bu kontekstdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü yalnız hüquqi akt kimi deyil, eyni zamanda dərin ideoloji, sosial və mənəvi məzmun daşıyan mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi-siyasi əsaslarını müəyyən edən ali sənəddir. Suverenlik isə bu əsasların real həyatda təmin olunmasının, dövlət iradəsinin daxili və xarici siyasətdə müstəqil şəkildə həyata keçirilməsinin simvoludur. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsində hüququn aliliyinə, milli müstəqilliyə və dövlətin legitim gücünə verilən xüsusi önəmi bir daha təsdiqləyir.

Məhz belə bir əlamətdar ildə amnistiya təşəbbüsünün irəli sürülməsi Konstitusiyanın ruhuna uyğun olaraq insan hüquqlarına, cəmiyyətin sağlamlaşmasına və sosial ədalət prinsipinə xidmət edən siyasi iradənin bariz nümunəsidir.

Amnistiya aktları tarixən dövlətlərin humanist yanaşmasının göstəricisi olmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya siyasəti cəzalandırma ilə yanaşı, islah etmə, yenidən cəmiyyətə qazandırma və sosial reinteqrasiya məqsədlərini ön plana çəkir.

Bu təşəbbüs hüquq pozuntusuna yol vermiş, lakin cəmiyyət üçün ciddi təhlükə yaratmayan şəxslərə ikinci şans verilməsi, ailə institutunun qorunması və sosial bağların bərpası, cəmiyyət daxilində gərginliyin azalması və mənəvi mühitin sağlamlaşdırılması kimi mühüm hədəfləri özündə birləşdirir.

Beləliklə, amnistiya yalnız hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətə ünvanlanan mənəvi mesajdır: dövlət insanı cəzalandırmaqla yanaşı, ona düzəlmək imkanı da yaradır.

Prezident İlham Əliyevin siyasi kursunda hüquqi dövlət anlayışı cəzanın sərtliyi ilə deyil, ədalətin balansı ilə ölçülür. Amnistiya təşəbbüsü məhz bu balansın qorunmasına xidmət edir. Burada əsas prinsip – qanunun aliliyinin şərtsiz saxlanılması ilə yanaşı, fərdi halların nəzərə alınmasıdır.

Bu yanaşma dövlətin güclü olmasının insanlara qarşı sərtlik deyil, hüquqa əsaslanan mərhəmət üzərində qurulduğunu nümayiş etdirir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü eyni zamanda milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Dövlətlə vətəndaş arasında qarşılıqlı etimadın artması, cəmiyyətin müxtəlif təbəqələrinin dövlət siyasətinə inamının güclənməsi bu cür humanist addımların əsas nəticələrindəndir.

Amnistiya vətəndaşlara dövlətin güvənini hiss etdirir, hüquq pozuntusuna yol vermiş şəxsləri cəmiyyətdən təcrid etmək deyil, onu islah etmək məqsədi daşıdığını göstərir, sosial ədalət anlayışını praktik müstəvidə reallaşdırır.

Prezident İlham Əliyevin liderlik modeli güclü dövlət -humanist siyasət vəhdətinə əsaslanır. Onun təşəbbüsü ilə irəli sürülən amnistiya aktları təsadüfi və ya formal qərarlar deyil, uzunmüddətli dövlət strategiyasının tərkib hissəsidir. Bu strategiyada əsas məqsəd hüquqi sabitliyi qorumaqla yanaşı, cəmiyyətin mənəvi sağlamlığını təmin etməkdir.

 

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki