image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-berlin-1

Almaniyadan xəbərdarlıq: Rusiya orada boş stul qoymamalıdır!

image-legitimaz-810x90

Avropa dayanmayacaq və Rusiya Federasiyasının sadəcə olaraq Ukraynaya qarşı müharibəsini davam etdirməsinə icazə verməyəcək.

”Xeberaz.info” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.

O, Rusiya tərəfini Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyədə Rusiya lideri Vladimir Putinlə şəxsən görüşmək təklifini qəbul etməyə çağırıb:

“Rusiya orada boş stul qoymamalı, sülhdə ciddi maraqlıdırsa ortaya çıxmalıdır”.

Alman nazir qeyd edib ki, imtina ediləcəyi təqdirdə Kreml nəticələrlə üzləşəcək:

“Biz dayanmayacağıq və Rusiyanın sadəcə olaraq bu müharibəni davam etdirməsinə icazə verməyəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki