image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-viza

Ağsuda əməliyyat: “Viza” düzəldən şəxs saxlanıldı

image-legitimaz-810x90

Ağsuda xarici ölkəyə viza düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Xeberaz.info“-a bildirilib ki, vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Əsəd Əsədzadə saxlanılıb.

O, zərərçəkmişləri işlə təmin edəcəyinə və xarici ölkələrə getmək üçün viza alacağına dair yalan vədlər verərək aldadıb.

Araşdırmalarla saxlanılan şəxsin paytaxtda da analoji cinayətlər törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Əsədzadə barəsində həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki