image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-adam

Ağdamın işğalı

image-legitimaz-810x90

1993-cü il 23 iyulda Ermənilərin hərbi təcavüzü nəticəsində Ağdam rayonunun 73 faizi işğal edildi. Bu müddət ərzində rayonun 90 kəndi, 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi və çoxsaylı mədəniyyət ocaqları dağıdıldı. Dünyada yeganə olan Çörək Muzeyi belə erməni vandalizminin qurbanı oldu. Bu işğal nəticəsində 128 min insan öz doğma torpaqlarından məcburi köçkün düşdü. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən çox şəhid verilmiş, on minlərlə insan yaralanmışdır. Ermənistan tərəfindən törədilən bu cinayətlər Azərbaycanın milli yaddaşında unudulmaz iz buraxdı. Ağdamın işğalından bir həftə sonra, 1993-cü il 29 iyulda BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərək Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb etdi. Bu qətnamə beynəlxalq hüquq baxımından Azərbaycanın haqlı mövqeyini bir daha təsdiqlədi. Lakin Ermənistan beynəlxalq qərarlara məhəl qoymadan təcavüzkar siyasətini davam etdirdi. Bu isə dünya ictimaiyyətinin Ermənistanın müharibə cinayətlərinə qarşı ikili standart yanaşmasını ortaya qoydu. Ermənistan Cenevrə Konvensiyalarını pozaraq Ağdam ərazisindəki coğrafi adları dəyişdirmiş, mədəni irsi məhv etmişdir. Bu vandalizm Ağdamın dini və tarixi abidələrini, qəbiristanlıqlarını, məscidlərini hədəfə aldı. Erməni silahlı qüvvələrinin əməlləri etnik təmizləmə və Azərbaycanın mədəni kimliyinə qarşı yönəlmiş cinayət kimi qiymətləndirilir. Ağdam təkcə fiziki olaraq dağıdılmadı, həm də mədəniyyətimizin daş yaddaşı olan tarixi məkanlarımızın məhv edilməsi ilə üzləşdi. Vətən müharibəsində əldə edilən şanlı qələbə nəticəsində 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatla Ağdam işğaldan azad edildi. 20 noyabr 2020-ci il tarixi isə Ağdamın azadlıq gününə çevrildi. Prezident İlham Əliyevin dediyi kimi: “Biz Ağdamı bərpa edəcəyik!” Bu sözlər bugün Ağdamın yenidən qurulması ilə gerçəkliyə çevrilir. 2021-ci ilin 28 mayında təqdim olunan Baş Plan əsasında Ağdamda müasir şəhər salınması işləri aparılır. Şəhər beş əsas məhəllədən ibarət olacaq və ilk sakinlərin 2024-cü ilin payızında köçürülməsi planlaşdırılır. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Ağdam şəhəri və rayonu yeni inkişaf mərhələsinə qədəm qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Ağdam şəhərinin tarixi abidələri yenidən bərpa edilir, müasir infrastruktur layihələri reallaşdırılır və bölgənin sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyətli addımlar atılır. Prezident İlham Əliyevin Ağdama səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri Azərbaycanın bu qədim yurduna xüsusi diqqətini göstərir.

 

Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki