image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-_1739960218

Ağdam Muğam Mərkəzi

image-legitimaz-810x90

Ağdam Muğam Mərkəzi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirakı yaddaşımızda əbədi həkk olunan hadisələrdən oldu. Mərasimin ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf etməsi, bu anı daha da rəmzi və əlamətdar etdi.Yeni istifadəyə verilmiş Muğam Mərkəzi ilə tanışlıq və açılışdan sonra keçirilən konsert proqramı çərçivəsində Prezident İlham Əliyev və Mehriban Əliyevanın  Ağdam ziyalıları, incəsənət xadimləri və müharibə veteranları ilə səmimi söhbəti bütün azərbaycan xalqı üçün  xoş təəsürat yaratdı.  Zaman dəyişsə də, dövlətin elmə, mədəniyyətə və ziyalılara verdiyi yüksək dəyər aktuallığını qorudu, bu ənənənin müasir dövrdəki təzahürləri müxtəlif tədbirlərdə aydın şəkildə özünü göstərir. Ağdam Muğam Mərkəzində keçirilən tədbir də bunun bir nümunəsi idi. Konsert proqramı zamanı balaca xanəndələrin ifasında səslənən “Qarabağ şikəstəsi” Prezident İlham Əliyevi çox kövrəltdi. Dövlət başçısı bu anı ayaq üstə alqışlayaraq uşaqların ifasına dərin hörmətini bildirdi. Prezidentin bu emosional reaksiyası tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Fikrimcə, Prezidentin  “Qarabağ şikəstəsi”nin  ifası zamanı duyğulanması, hər şeydən əvvəl milli hissin, Qarabağla bağlı ağrılı tariximizin və bu gün yenidən dirçələn torpaqlarımızın doğurduğu dərin duyğuların ifadəsi idi. Bu hadisə yalnız milli mədəniyyətə  sevginin ifadəsi deyil, həm də ictimai emosional yaddaşı oyadan, milli qüruru canlandıran və birliyimizi gücləndirən simvolik bir məqam idi. Prezidentin bu səmimi münasibəti həm Qarabağın tarixi əhəmiyyətini, həm də azad olunmuş torpaqlarda gedən bərpa-quruculuq işlərinin vüsətini cəmiyyətə çatdırdı.

Bir azərbaycan vətəndaşı kimi bu düşüncədəyəm ki,  belə məqamlarda ölkə rəhbərinin emosional reaksiyası təkcə fərdi duyğuların ifadəsi deyil, bütöv bir xalqın keçmişinin, yaşadığı acıların və gələcəyə olan ümidlərinin ifadəsidir. Bu, həm də ziyalıların, sənət adamlarının və ümumilikdə milli-mədəni elitanın üzərinə düşən tarixi missiyanı bir daha xatırladır: keçmişi unutmamaq, bu günə dəyər vermək və gələcəyə milli ruhla addımlamaq. Ağdam Muğam Mərkəzi yalnız mədəniyyətin deyil, eyni zamanda milli ruhun, tariximizin və kimliyimizin təcəssümüdür. Bu mərkəz, Azərbaycanın muğam irsinin tədrisi, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Məhz bu baxımdan Ağdam Muğam Mərkəzi kimi layihələr təkcə bir binanın açılışı deyil, həm də Azərbaycan xalqının yaddaşına, ruhuna və kimliyinə qayıdışın parlaq simvoludur.

Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal- Qismət Səfərəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki