image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-3bbaae99af7b4868aac782b30f23b02f

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

image-legitimaz-810x90

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında ikitərəfli sülh danışıqlarını görməyə üstünlük verir.

“Xeberaz.info” xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

O, Trampın Türkiyədə Putin və Zelenski ilə üçtərəfli danışıqlara açıq olub-olmaması ilə bağlı suala cavabında bildirib:

“ABŞ Prezidenti dedi ki, buna açıqdır. Ancaq o, hər iki liderin masa arxasında əyləşməsini istəyir. Biz Trampın çağırışı ilə nümayəndə heyətlərinin bunu etdiklərini gördük”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki