image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1752124910-n211

Abşeronda oğul anasını yandırmaqda şübhəli bilinir – VİDEO

image-legitimaz-810x90

Abşeron rayonunun Hökməli qəsəbəsində oğlun anasını yandıraraq öldürdüyü iddia olunur.

“Xeberaz.info” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, iddialara görə, Abdulrəhman Həsənli aralarında yaranmış münaqişə zəminində anası Gülbəs Həsənovanı yaşadıqları evdə yandırıb.

Həlak olan şəxsin qızı Fatimə Həsənli deyir ki, qardaşı uzun müddətdir narkotik aludəçisi imiş. Onun sözlərinə görə, hadisə zamanı qardaşı ilk olaraq evi, sonra isə anasını yandırıb.

Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Abdulrəhman Həsənli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Abşeron rayonu, Hökməli qəsəbəsinin sakini Gülbəs Həsənovanın almış olduğu yanıq xəsarətlərindən iyulun 7-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət

Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Hazırda araşdırmalar davam etdirilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki