image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-63e2063c4ea83a13fe9940fcccbfd85d

Abşeronda kuryerlər arasında İNSİDENT: Yaralı var

image-legitimaz-810x90

Axşam saatlarında Abşeron rayonu ərazisində moped sürücüləri – kuryerlər arasında insident baş verib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli məlumat verib.

Onun sözlərinə görə, hadisə barədə polisə məlumat daxil olub və dərhal araşdırmalara başlanılıb. İlkin məlumata əsasən, tərəflərdən biri – 22 yaşlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ərazi polis orqanında araşdırma aparılır, əməli törədən şəxs, yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki