image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-efc51d78d4bc55f4d243f92cab925ed5

ABŞ silahları Ukraynaya illərlə gecikə bilər – Şok xəbərdarlıq

image-legitimaz-810x90

 ABŞ-ın Ukraynaya silah tədarükü planı ciddi gecikmələrlə üzləşə bilər.

”Xeberaz.info” xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, NATO vasitəsilə həyata keçiriləcək silah tədarükü bir neçə il uzana bilər. Səbəb isə ABŞ-ın digər ölkələrlə bağladığı mövcud silah müqavilələrindəki ləngimələrdir.

“Artıq silahların əksəriyyətinin çatdırılmasında gecikmələr mövcuddur. Bu səbəbdən ya Ukrayna üçün nəzərdə tutulan tədarüklər prioritet elan olunacaq, ya da bir neçə il gözləməli olacaqlar”, – deyə “Politico” yazır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir gün öncə Kiyevə silah göndərilməsi üçün yeni mexanizm irəli sürüb. Yeni sxemə görə, ABŞ əvvəlcə böyük partiyada silahları Avropa ölkələrinə satacaq. Avropa isə bu silahları Ukraynaya ötürəcək və öz ehtiyatlarını daha sonra yenidən Vaşinqtondan alacaq.

Yeni plan “silah əvəzləmə modeli” adlandırılır və Tramp administrasiyası bu yolla həm NATO-nun birliyini qorumağa, həm də Avropa ölkələrini Ukraynaya dəstəkdə daha aktiv etməyə çalışır.

Lakin “Politico” qeyd edir ki, bu modelin real işə düşməsi üçün həm istehsal gücünün artırılması, həm də mövcud müqavilələrin yenidən qiymətləndirilməsi vacibdir. Əks halda, Ukrayna bu silahları illərlə gözləməli ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki