image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-529463023_1310128600466915_8190747095221580106_n

ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqi dayandırılıb

image-legitimaz-810x90

ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqi dayandırılıb.

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtona işgüzar səfəri son illər ərzində Azərbaycanın qazandığı uğurlar Zəfər diplomatiyasının yeni səhifəsini açaraq, dövlətimizin beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. ABŞ səfəri ölkəmizin regional və qlobal səviyyədə əldə etdiyi siyasi-diplomatik nailiyyətlərin bariz ifadəsi kimi tarixə qızıl hərflərlə yazılıb. Səfərin siyasi məzmunu Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilmiş tarixi Sammitin nəticələrinə əsaslanır. Bu görüş Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı olub. Sammitin nəticəsi olaraq Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Həmin sənəd Azərbaycanın uzun illər irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə rəsmi təsdiqi və dəstəyi kimi mühüm əhəmiyyət kəsb edir. Bəyannamə həm regionda davamlı sülhün bərqərar olunmasına, həm də iki ölkə arasında qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edən strateji sənəd kimi tarixi əhəmiyyət kəsb edir.

 Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də 907-ci düzəlişin ləğvi oldu. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığı müdafiə aktı”na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi.

Beləliklə, 33 il sonra, Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində sözügüdən düzəliş artıq qüvvədə deyil.

Azərbaycan-ABŞ münasibətlərində keçmişin xoşagəlməz mirası olan 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində sərəncam imzalanması da bu səfərin mühüm uğurları sırasındadır.  Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Həmçinin səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar. Bu sənədə əsasən, qarşıdakı altı ay ərzində iki ölkə arasında enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet istiqamətləri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması nəzərdə tutulur. Bu təşəbbüs ikitərəfli münasibətlərin institusional əsasda möhkəmlənməsinə, qarşılıqlı maraqların daha da genişləndirilməsinə və gələcək əməkdaşlığın uzunmüddətli çərçivəsinin yaradılmasına xidmət edəcəkdir.

 

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki