ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmaq qərarı təkcə Kiyevə deyil, bütün Avropaya və hətta NATO-ya ciddi zərbə olacaq.
“Xeberaz.info” xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.
“ABŞ Ukraynaya lazım olanı verməmək qərarına gəlsə, bu, Ukrayna, Avropa və NATO üçün ciddi uğursuzluq olacaq”, – baş naziri bildirib.
Frederiksen vurğulayıb ki, Ukraynadakı müharibə heç vaxt təkcə ukraynalıların özləri üçün problem olmayıb.