Çin və ABŞ İsveçdəki danışıqlarda tarif atəşkəsini daha 90 gün uzadacaq.
”Xeberaz.info” xəbər verir ki, məlumatı mənbələrə istinadən South China Morning Post (SCMP) agentliyi yayıb: “Pekin və Vaşinqtonun Stokholmdakı ticarət danışıqlarında tarif atəşkəsi daha üç ay uzadacağı gözlənilir”.
Agentliyin yazdığına görə, fasilənin uzadılmasına baxmayaraq, kompromis tapılmasında irəliləyiş gözlənilmir. İyulun 22-də ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, ABŞ Çinlə tariflərin yüngülləşdirilməsi müddətinin uzadılması ilə bağlı danışıqlar aparmağa çalışacaq. Beləliklə, Vaşinqton və Pekin iyulun 28-29-da Stokholmda görüşəcək və burada tərəflər sazişin mümkün uzadılması üzərində işləyəcəklər.
Eyni zamanda, iyulun 21-də Bessent Çini Rusiya neftinin alınmasına görə 100 faiz rüsum tətbiq etməklə hədələyib.