Rusiya ABŞ-dan Ukrayna üçün Avropa və Kiyevlə razılaşdırılmış planın tam işlənməmiş versiyasını almağı gözləyir.
”Xeberaz.info” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“ABŞ-ın bu mətnin avropalılar və ukraynalılarla razılaşdırılması mərhələlərini tamamlamaq baxımından ara mərhələ hesab etdiyi bir versiya təqdim etməsini gözləyirik”, – o bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyasının rəsmi planı Rusiyaya çatdırılmayıb: sənəd qeyri-rəsmi kanallar vasitəsilə əldə edilib:
“Trampın planında yer alan bir sıra formulların dəqiqləşdirilməsi tələb olunur”.


























