image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-879d65f624b6685af8a5b209765563c5

ABŞ-a doğru gələn böyük sualtı qayıq məhv edilib – Tramp

image-legitimaz-810x90

ABŞ prezidenti Donald Tramp ABŞ-a doğru hərəkət edən narkotik daşıyan “böyük sualtı qayığın” məhv edildiyini açıqlayıb.

Xeberaz.info xəbər verir ki, o, bu barədə TruthSocial sosial media platformasında yazıb.

Ağ Ev rəhbəri bildirib ki, qayıqda dörd nəfər olub; ikisi sağ qalıb və onlar mühakimə olunmaq üçün Ekvador və Kolumbiyaya göndəriləcək: “Mənim rəhbərliyim altında Amerika Birləşmiş Ştatları narkotik terrorçularının quru və ya dəniz yolu ilə qanunsuz narkotik alverinə dözməyəcək”.

Qeyd edək ki, Tramp administrasiyası hazırda Venesuela prezidenti Nikolas Maduronu ABŞ-da narkotik qaçaqmalçılığı və zorakılıqdan məsul olan iki böyük mütəşəkkil cinayət qrupunun faktiki rəhbəri kimi görür. Bu qruplar Günəş Karteli və Tren de Araquadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki