Ən son xəbərlər:

15.04.2023/ 19:31/ Xartumda BMT-nin təyyarəsi vuruldu

Xartumda BMT-nin təyyarəsi vuruldu.

xeberaz.info lenta.ru-ya istinadən bildirir ki, Xartum Beynəlxalq Hava Limanında ordu ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşma zamanı Birləşmiş Millətlər Təşkilatının təyyarəsi məhv edilib. Bu barədə TASS “Al Arabiya” telekanalının efirinə istinadən xəbər verir.

Təyyarənin məhv edilməsində hansı tərəfin əli olduğu hələlik məlum deyil.

Aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar baş verib. Çevik Reaksiya Qüvvələri nizami ordunu Xartumdakı bazasına hər cür silahla hücum etməkdə ittiham edib.

Qarşıdurmalar fonunda Xartum Beynəlxalq Hava Limanı uçuşları dayandırıb. Bir sıra təyyarələr uçduqları ölkələrə qaytarılıb.

Daha sonra Çevik Reaksiya Qüvvələri Xartum hava limanını və Merovdakı hava bazasını nəzarətə götürdüklərini açıqlasa da, Sudan ordusunun nümayəndələri bunu təkzib ediblər.