Ən son xəbərlər:

15.04.2023/ 14:38/ Rusiya risklərin monitorinqi sistemini yaradıb

Rusiya qlobal iqtisadi tənəzzülü nəzərə alaraq risklərin monitorinqi sistemi yaradıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov bildirib ki, Rusiya hökuməti qlobal iqtisadi tənəzzülü nəzərə alan risklərin monitorinqi sistemini yaradıb.

O, bunu Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin kollegiyalarının birgə geniş iclasında deyib.

Proqnozun hazırlanması ilə eyni vaxtda hökumət risklərin monitorinqi sistemini yaradıb. O, qlobal iqtisadiyyatda tənəzzül risklərinə, sanksiyaların sərtləşdirilməsinə, əmək bazarında çatışmazlığa və logistikanın restrukturizasiyasında artan xərclərə yönəlib”, – TASS sitat gətirir.

Bundan əvvəl 2008-ci il böhranını proqnozlaşdıran Nyu York Universitetinin iqtisadiyyat professoru Nuriel Roubini ABŞ bank sisteminin çökmək təhlükəsi ilə üzləşdiyini bildirib.