Ən son xəbərlər:

15.04.2023/ 08:58/ Çin Blinkenin Pekinə səfərinə icazə vermədi

Çin  Blinkenin Pekinə səfərinə icazə vermədi.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Çin hava şarının düşməsi qorxusuna görə Blinkenin Pekinə səfərinə icazə vermədi.

Çin hakimiyyəti Vaşinqtonun vurulan Çin hava şarına dair araşdırmanın nəticələrini dərc edə biləcəyindən ehtiyat etdiyi üçün ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə səfərinə icazə vermir. Bu barədə “Financial Times” dörd mənbəyə istinadən yazır.

Çin ABŞ-a bildirib ki, ABŞ prezidenti Co Bayden administrasiyasının hesabatla nə edəcəyinin bəlli olmadığı bir vaxtda Blinkenin fevral ayında ləğv etdiyi səfər üçün yeni tarix seçməyə hazır deyil, – bəyanatda belə deyilir.

Mənbələrdən biri bildirib ki, Çinin xarici işlər naziri Qin Qang FTB araşdırmasını Çin və ABŞ arasında münasibətlərin sabitləşməsinə mane olan problem kimi görür.

Bundan əvvəl “Politico” yazıb ki, Pekin Vaşinqtonun yüksək səviyyəli təmasları bərpa etmək cəhdlərini, o cümlədən ABŞ lideri Co Bayden və Çin prezidenti Si Cinpin arasında telefon danışığından imtina edir.