Ən son xəbərlər:

15.04.2023/ 06:04/ Bayden tezliklə 2024-cü ildə prezidentliyə namizəd olmaq qərarını açıqlayacaq

Bayden tezliklə 2024-cü ildə prezidentliyə namizəd olmaq qərarını açıqlayacaq.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Amerika lideri Co Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəldiyini və bunu nisbətən tezliklə elan edəcəyini bildirib.

Mən artıq bu hesablamaları aparmışam. Biz bunu nisbətən tezliklə elan edəcəyik, – deyə o, ABŞ prezidentliyinə namizəd olmaq planları ilə bağlı sualı cavablandırarkən bildirib. TASS bu barədə məlumat verib.

Bundan öncə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Baydenin 2024-cü ildə yenidən seçilmək planlarına inanmadığını bildirmişdi.