Ən son xəbərlər:

05.04.2023/19:44/ Çinin Rusiyaya silahla yardım göstərdiyinə dair heç bir dəlil yoxdur

Çinin Rusiyaya silahla yardım göstərdiyinə dair heç bir dəlil yoxdur.

xeberaz.info eadaily-ya istinadən bildirir ki,  Əgər Çin Rusiyaya silah tədarük etsəydi, bu, “tarixi səhv” olardı və “əhəmiyyətli nəticələrə” səbəb olardı. Belə bir bəyanatla NATO xarici işlər nazirlərinin görüşündə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

“NATO-da Çinin Rusiyaya silahla yardım göstərdiyinə dair heç bir dəlil yoxdur, lakin belə bir yardım tarixi bir səhv olardı və ciddi nəticələrə gətirib çıxara bilər, – Stoltenberq belə deyib.

Eyni zamanda, Stoltenberq “nəticələr” haqqında danışarkən nəyi nəzərdə tutduğunu izah etməyib. Bununla belə, o, Çinin bunu yaxşı bildiyinə diqqət çəkib.

O, NATO-nun Rusiya və Çinin hərbi və iqtisadi sahədə yaxınlaşmasından narahatlığını qeyd edib.