Ən son xəbərlər:
????????????????????????????????????

05.04.2023/14:05 Milli Məclisin deputatı Naftalanda vətəndaşlarla görüşüb

Milli Məclisin deputatı Naftalanda vətəndaşlarla görüşüb.

xeberaz. info Naftalan Şəhər İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Naftalanda növbəti vətəndaş qəbulu millət vəkili Anar Məmmədov tərəfindən həyata keçirilib. Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər Ağsaqqallar Şurasının sədri və şəhər sakinlərinin iştirakı ilə keçiriləngörüşdə vətəndaşların müraciət və təklifləri fərdi qaydada dinlənilib.

Səsləndirilən müraciətlər qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Görüşün sonunda vətəndaşlar Naftalan şəhərində həyata keçirilən sosial layihələrə, abadlıq-quruculuq işlərinə, sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.