Ən son xəbərlər:

05.04.2023/13:57/ Samux Rayon İcra Hakimiyyətinin başçısı rayonun Ziyadlı kənd sakinləri ilə səyyar görüş keçirib

Samux Rayon İcra Hakimiyyətinin başçısı rayonun Ziyadlı kənd sakinləri ilə səyyar görüş keçirib.

xeberaz. info Samux Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev mütəmadi olaraq sakinlərlə görüşür, onların müraciətlərini dinləyir, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verir.

İcra başçısının növbəti səyyar görüşü rayonun Ziyadlı kənd sakinləri ilə olub. Görüşdə kənd sakinləri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Kənddə görülmüş işlər, elektrik enerjisi, su, qaz təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə Ziyadlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Kəpəz Qənbərov ətraflı danışıb.

Görüşdə kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Alı Qocayev kənd sakinlərinin rəy və təkliflərinin aidiyyəti orqanlar tərəfindən icra edilməsi üçün yerindəcə müvafiq tapşırıqlar verib.

Sonda kənd sakinləri əhalinin problemlərinin daha tez həlli üçün yerlərdə həyata keçirilən səyyar qəbullara, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevayaminnətdarlıqlarını ifadə ediblər.