Ən son xəbərlər:

05.04.2023/10:09/ Ərdoğan BMT sistemində islahatların aparılmasının vacibliyini bir daha bəyan edib

Ərdoğan BMT sistemində islahatların aparılmasının vacibliyini bir daha bəyan edib.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT sistemində islahatların aparılmasının vacibliyini bir daha bəyan edib. Bu barədə bu gün, aprelin 5-də Anadolu agentliyi məlumat yayıb.

Ərdoğan bildirib: “Bəşəriyyətin taleyini cəmi 5 ölkənin həll etdiyi dünya nizamı təsirsizdir. BMT-nin Təhlükəsizlik Şurasının hərtərəfli islahatına təcili ehtiyac var”.

Ukrayna böhranının həlli perspektivlərinə toxunan Türkiyə dövlət başçısı Rusiya ilə Ukrayna arasında ədalətli sülhün bərqərar olmasının mümkünlüyünə əminliyini ifadə edib.

Onun sözlərinə görə, “bu məqsədə nail olmaq, tərəflərə hazırkı vəziyyətdən layiqli çıxış yolu təqdim edəcək və regionu cəlb olunduğu burulğandan çıxaracaq”.