Ən son xəbərlər:

05.04.2023/09:55/ Pentaqonun rəhbəri İsveçə səfər etmək niyyətində olduğunu bildirib

Pentaqonun rəhbəri İsveçə səfər etmək niyyətində olduğunu bildirib.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Pentaqonun rəhbəri Lloyd Ostin regional təhlükəsizlik məsələləri, eləcə də ölkənin NATO-ya daxil olmaq planları ilə bağlı danışıqlar aparmaq üçün bu ay İsveçə səfər etmək niyyətində olduğunu bildirib.

Bu ayın sonunda mən bir sıra regional təhlükəsizlik məsələlərini, eləcə də ölkənin NATO-ya daxil olmaq planlarını müzakirə etmək üçün İsveçə səfər etmək niyyətindəyəm, – ABŞ müdafiə nazirinin Finlandiyanın alyansa daxil olması ilə eyni vaxta təsadüf edən bəyanatında belə deyilir.

Ostin həmçinin İsveçin qonşusundan nümunə götürərək “ən qısa zamanda” NATO-ya üzv olacağına ümid etdiyini bildirib.