Ən son xəbərlər:

05.04.2023/06:13/ Borrell gələn həftə Çinə səfər edəcək

Borrell gələn həftə Çinə səfər edəcək.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Aİ diplomatı Josep Borrell gələn həftə Çinə səfər etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə aprelin 4-də Rusiya KİV-ləri xəbər verir.

Çinə açıq mesajımız ədalətli dünyaya töhfə verməkdir. Onlar təcavüzü dəstəkləyə bilməzlər… Bugünkü görüşdən və Aİ siyasətçilərinin bütün səfərlərindən sonra Çinə mesajımız budur: Avropa Komissiyasının rəhbəri bu gün Fransa prezidenti ilə Pekində olacaq, İspaniyanın baş naziri keçən həftə orada idi və mən də gələn həftə  gedəcəyəm”-  o, ABŞ dövlət katibi Entoni Blinkenlə ikitərəfli danışıqların yekunlarına dair birgə bəyanatında belə bildirib.

Borrell Blinkenlə Rusiyaya dəstəkdə Çinin rolunu müzakirə etdiyini bildirib.

Bundan öncə məlumat verilmişdi ki, aprelin 5-dən aprelin 7-dək Fransa prezidenti Emmanuel Makron Pekinə səfər edəcək. Elə həmin günlərdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də Çinə səfər etmək niyyətindədir.