Ən son xəbərlər:

05.04.2023/06:19/ Fox News: ABŞ-ın keçmiş prezidenti Trampı 136 ilə qədər həbs cəzası gözləyir

Fox News: ABŞ-ın keçmiş prezidenti Trampı 136 ilə qədər həbs cəzası gözləyir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Fox News-un hesablamalarına görə, birləşmiş ittihamlara əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Trampı 136 ilədək həbs cəzası gözləyir.

İttihamlar maksimum 136 il həbs cəzasını nəzərdə tutur, – telekanalın açıqlamasında belə deyilir. Qeyd olunur ki, faktiki hökm daha çox yumşaq olacaq.

Materialda qeyd olunur ki, işgüzar sənədlərin saxtalaşdırılması cinayət hesab olunur və başqa cinayəti gizlətməyə cəhd olarsa, cinayət dərəcəsinə yüksəlir.

Xatırladaq ki, Aprelin 4-də Tramp Nyu York məhkəməsində 34 ittiham üzrə özünü təqsirli bilməyib.

O, heç bir şərh vermədən məhkəmə zalını tərk edib.