Ən son xəbərlər:

05.04.2023/05:46/ Prokurorun səlahiyyətlərini aşması əhalinin ədliyyə sisteminə inamını sarsıdır

Prokurorun səlahiyyətlərini aşması əhalinin ədliyyə sisteminə inamını sarsıdır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ittihamların irəli sürülməsi Amerika ictimaiyyətinin ölkənin ədliyyə sisteminə inamını sarsıdır, senator Mitt Romni belə deyib.

Senator Romni eyni zamanda Trampı prezidentliyə yararsız hesab etdiyini də bildirib.

Buna baxmayaraq, mən hesab edirəm ki, Nyu-York prokuroru siyasi gündəm naminə həddindən artıq irəli gedib və ağır cinayətə görə cinayət ittihamı irəli sürüb, – Romni TASS-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, prokurorun səlahiyyətlərini aşması əhalinin ədliyyə sisteminə inamını sarsıdır.