Ən son xəbərlər:

05.04.2023/05:15/ ABŞ Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım paketi ayırdı

ABŞ Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım paketi ayırdı.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Birləşmiş Ştatlar Ukraynaya yeni 2,6 milyard dollarlıq hərbi yardım paketi təqdim edir, bu paketə raketdən müdafiə sistemləri və MLRS üçün hərbi sursat daxildir. Bu barədə çərşənbə axşamı Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Bu gün Müdafiə Nazirliyi Ukraynaya yeni kritik təhlükəsizlik yardımı elan edib, – bəyanatda belə deyilir.

Bildirilir ki, yardım paketinə Patriot raketdən müdafiə sistemi, Haymars artilleriya mərmiləri, həmçinin Neysems kompleksləri üçün döyüş sursatları, tanklar və pilotsuz uçuş aparatları üçün döyüş vasitələri daxildir.