Ən son xəbərlər:

03.04.2023 /22:27/ ABŞ Kiyevin yaxın həftələrdə hücuma başlayacağını gözləyir

ABŞ Kiyevin yaxın həftələrdə hücuma başlayacağını gözləyir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ-ın NATO-dakı səfiri Julian Smith bildirib ki, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı həftələrdə əks-hücum əməliyyatına başlayacağını gözləyir.

O, bunu NATO ölkələrinin XİN rəhbərlərinin aprelin 4-5-də Brüsseldə keçiriləcək görüşündən əvvəl deyib. Onun sözlərini TASS sitat gətirir.

Biz gözləyirik ki, Ukrayna yaxın həftələrdə yaz hücumuna başlayacaq, – Smit belə bildirib.

Bundan əvvəl Krımın rəhbəri Sergey Aksyonov Ukrayna prezidenti Vladimir Zelenskinin hücumla bağlı hədəsinə cavab olaraq onu qarşılayıb dəfn edəcəyini vəd etmişdi.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz növbəsində bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Silahlı Qüvvələrinin hücuma hazırlığı ilə bağlı öz qərarlarını hazırlayır.